• 27 Dekabr 2024
logo
“Azəriqaz” Bakı-Sumqayıt yolunda təmir-tikinti işlərinə başlayıb

“Azəriqaz” Bakı-Sumqayıt yolunda təmir-tikinti işlərinə başlayıb

Bu gün səhər saat 10.00-dan etibarən “Azəriqaz” İstehsalat Birliyi (İB) Bakı-Sumqayıt yolunun, “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə start verib. Əraziyə texnika və işçi heyət cəlb olunub.
Bu barədə Trend-ə “Azəriqaz” İB-dan məlumat verilib.
Qeyd edək ki, diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb. Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.
Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Artıq qazıntı işlərinə başlanılıb və “Azəriqaz”ın əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir.