“İndiyədək Məhkəmə-Hüquq Şurası tərəfindən 60-dan çox məhkəmədə monitorinqlər keçirilib. 150-dən çox aşkar olunmuş pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb".
Bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya Qarşı Mübarizə və Məhkəmə Monitorinqi Sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.
Onun sözlərinə görə, işlərin elektron bölgüsünün həyata keçirilməsi ilə xüsusi montironinqlər də aparılıb: “Biz bunu həm yerlərdə, həm də elektron-məhkəmə informasiya sistemi vasitəsi ilə distant formada həyata keçirmişik. Bu zaman 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb”.
S.Əliyev daha ciddi pozuntularla bağlı iki məhkəmə sədri barəsində intizam icraatı başlanıldığını vurğulayıb: “Tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır”.