• 12 İyul 2025
logo
Baş Prokurorluq: Lerikdə məktəbliyə qarşı seksual xarakterli hərəkətlər edilməsi faktı ilə bağlı istintaq tamamlanmaq ərəfəsindədir

Baş Prokurorluq: Lerikdə məktəbliyə qarşı seksual xarakterli hərəkətlər edilməsi faktı ilə bağlı istintaq tamamlanmaq ərəfəsindədir

Lerikdə azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı istintaq tamamlanmaq ərəfəsindədir.

Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, Lerikdə azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı daha bir nəfər istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin cinayət işi üzrə istintaq tamamlanmaq ərəfəsindədir.

Qeyd edək ki, həmin iş üzrə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan prokurorluq apellyasiya protesti verib.