Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 11, işçi heyətinin sayı 2 olub.
Son sutka ərzində virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı 1 nəfər təşkil edib.
Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 19, məktəb sayı isə 1-dir.