• 7 İyul 2025
logo
Apple 32 nüvəli prosessor buraxacaq

Apple 32 nüvəli prosessor buraxacaq

"Apple" şirkəti 2021-ci ildə kompüterlər üçün bir sıra yeni prosessorlar buraxacaq.

Trend-in məlumatına görə, bu barədə " Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, 2022-ci ilin əvvəlində şirkət öz istehsal etdiyi yeni 32 nüvəli prosessora əsaslanan peşəkar "Mac Pro" kompüterini buraxacaq.

Müvafiq çipin 2021-ci ilin sonunda elan edilməsi planlaşdırılır. "Apple" mühəndisləri MacBook Pro üçün nəzərdə tutulan 16 və 32 nüvəli prosessorların yaradılması üzərində də çalışırlar.