Cənubi Afrika Respublikasının (CAR) şərqindəki Kvazulu-Natal əyalətində tibbi helikopterin qəzaya uğraması nəticəsində bir pilot və dörd tibb işçisi həlak olub.
APA-nın məlumatına görə, bu barədə "Xinhua" agentliyi yazır.
Helikopter özəl tibb müəssisəsinə məxsus idi. Müəssisənin nümayəndəsinin sözlərinə görə, qəza helikopterin Kvazulu-Natal əyalətindən Yohannesburqa ağır xəstəni apararkən baş verib.
Hazırda hadisənin səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.