• 12 İyul 2025
logo
Gözəllik salonları və bərbərxanalar da bağlanır?

Gözəllik salonları və bərbərxanalar da bağlanır?

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artması xüsusi karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı fikirlər yaradıb.

BiG.AZ Redaktor.az-a istinadən xəbər verir ki, aprelin 5-dən bərbərxana və gözəllik salonlarının fəaliyyətinin dayandırılacağı da deyilir. Ötən gündən etibarən gözəllik salonlarının rəhbərləri işçilərinə qapanacaqları barədə məlumat veriblər.

Hətta salon nümayəndələri müştərilərinə də xəbərdarlıq ismarıcları göndəriblər:

"Aprelin 5-dən etibarən salonumuz bağlanacaq, xidmətimizdən yararlanmaq istəyirsinizsə indidən yazılın".