• 13 İyul 2025
logo
Türkmənistanda 4.7 bal gücündə zəlzələ olub

Türkmənistanda 4.7 bal gücündə zəlzələ olub

Türkmənistanda 4.7 bal gücündə zəlzələ olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 87 min nəfər əhalisi olan Balkanabat şəhərindən 34 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 20 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə məlumat yoxdur.