Güclü külək bir sıra regionlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
Külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.
Dərhal hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmirbərpa işləri davam etdirilir.