• 27 Dekabr 2024
logo
Allahşükür Paşazadə və dini konfessiya rəhbərləri Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər

Allahşükür Paşazadə və dini konfessiya rəhbərləri Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər çərçivəsində Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını və işğaldan əvvəl "Qarabağ" futbol klubunun stadionu olan İmarət stadionunu ziyarət ediblər.

Qeyd edilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İşğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb.

Səfər iştirakçıları Ağdamda məhv edilən infrastrukturdan biri olan rayonun “Qarabağ” futbol klubunun meydançası olmuş “İmarət” stadionuna da baxıblar.

Səfər iştirakçıları Ağdamın Şəhidlər Xiyabanını, Cümə və Qiyaslı məscidlərini ziyarət edəcəklər.