Dünyanın ən oxşar əkizləri eyni adama ərə getmək istəyirlər - FOTO-VİDEO
Avstraliyanın Pert şəhərində yaşayan, dünyanın ən oxşar əkizləri sayılan Anna və Lüsi Desink bacıları Ben Birn adlı şəxsə aşiq olaraq onunla ailə qurmaq istəyirlər, lakin ölkə qanunvericiliyi buna icazə vermir.
BiG.AZ xəbər verir ki, bu barədə "The Sun" yazır.
Bacılar eyni kişini paylaşmaqdan narahat deyillər, əksinə, qanunun qadağasından şikayətlənirlər.
Onlar 2012-ci ildən Birnlə münasibətdədirlər və heç vaxt ayrı qalmamaq üçün eyni adamla ailə qurmağı arzulayırlar.
Tanışlıqlarından bir il sonra bacılardan 40 dəqiqəlik məsafədə yaşayan Ben onların evinə köçüb.
"Bu münasibətdə qısqanclığa yer yoxdur. Ben Annanı öpürsə, bundan dərhal sonra məni də öpəcək", - deyə Lüsi aydınlıq gətirib.
Əkizlər üçü də bir yataqda yatdıqlarını, lakin bacıların bir-birinə qarşı cinsi istəklərinin olmadığını etiraf ediblər.
Qeyd edək ki, Avstraliyada 1961-ci ildən qəbul olunan evlilik qanunlarına əsasən, çoxarvadlı nikahlar qadağandır.
Desink bacıları maksimal dərəcədə bənzəmək üçün plastik əməliyyatlara yüz minlərlə dollar məbləğində pul xərəcləyiblər, lakin daha sonra peşman olublar.
Onlar heç vaxt ayrılmırlar və hətta eyni çəkidə qalmaq üçün eyni yeməkləri yeyirlər.