• 27 Dekabr 2024
logo
İmişlidə nişan məclisi keçirmək istəyən şəxslər saxlanılıb

İmişlidə nişan məclisi keçirmək istəyən şəxslər saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini Elsevər Murtuzzadənin kafelərin birində qonaqların iştirakı ilə qardaşına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

Qayda pozuntusuna yol verən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.