“Vulverhempton” klubu maraqlı paylaşımla diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda sosial şəbəkə vasitəsilə özünü 2018/19 mövsümündə Premyer Liqanın çempionu elan edib.
Bu addım həmin vaxt çempionatı ilk 6 pillədə başa vuran klubun yeni yaradılan Avropa Superliqasına qatılmasına görə atılıb. Həmin vaxt “Vulverhempton” Premyer Liqada 7-ci yeri tutub.
Qeyd edək ki, “Vulverhempton” hazırda Premyer Liqanın 12-ci pilləsində qərarlaşır. Əgər Superliqaya qatılan 6 klub çempionatdan çıxarılsa, komanda 6-cı yerə yüksələcək.