Siyəzəndə suda batan 14 yaşlı oğlanın meyiti tapılıb.
APA-nın əldə etdiyi məlumata görə, ötən gün Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilib və adiyyatı üzrə sudan çıxarılaraq təhvil verilib.