Aprelin 19-da Göygöl şəhərində A.Hüseynovun münaqişə zəminində E.Ağakişiyevin işlətdiyi kafenin qarşısına yığdığı stol və stulları yandırması və ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov saxlanılıb. Onun evinə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi, 19 ədəd patron və 1 ədəd patron kəməri aşkar edilərək götürülüb.