Suqovuşan və Talışkəndə enerjinin təhükəsiz şəraitdə çəkilməsi üçün, xətt gedəcəyi ərazi minalardan təmizlənir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.
O əlavə edib ki, Tərtər rayonundan Suqovuşan və Talışkəndə gedən yolda ərazidən tapılmış müxtəlif təyinatlı piyada və tank əleyhinə minalar aşkar olunaraq partladılıb.