• 26 Dekabr 2024
logo
Əcnəbilərin Azərbaycandakı bank əmanətlərinin həcmi açıqlanıb

Əcnəbilərin Azərbaycandakı bank əmanətlərinin həcmi açıqlanıb

Bu ilin aprelin 1-nə Azərbaycanda qeyri-rezidentlərin (fiziki şəxslər) banklardakı əmanətlərinin həcmi 279,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 38,9% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aylıq müqayisədə 0,9% azalıb. Əmanətlərin 58,9%-i xarici valyutada olub, bu da illik ifadədə 16,6 faiz bəndi azdır.

Qeyd edək ki, aprelin 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 147,5 9 mln. manat təşkil edib. Bu, illik ifadədə 1,3% azdır.