Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 271 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 301 535, xəstəlikdən ölənlərin sayı isə 3 992 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 284 286 nəfərin sağaldığı bildirilir.