Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın icarədarı və müştəriləri barəsində inzibati qaydada protokollar tərtib edilib.