• 27 Dekabr 2024
logo
Xırdalanda küçəyə şəhidin adı verilib

Xırdalanda küçəyə şəhidin adı verilib - FOTO

Xırdalanda Vətən müharibəsi şəhidinin adı yaşadığı küçəyə verilib.

Trend-in məlumatına görə, 44 günlük müharibə zamanı torpaqların azadlığı üğrunda canından keçən şəxslərdən biri də, Səxavət Abbasovdur. Ötən gün 21 yaşı tamam olan şəhidin xatirəsini əbədiləşdirmək üçün yaşadığı evinin üzərinə barelyefi vurulub.

Bundan əlavə Səxavət Abbasovun yaşadığı küçəyə onun adı verilib.

Qeyd edək ki, könüllü şəkildə müharibəyə qoşulan Səxavət Abbasov Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, Xocavənddə Ərgünəş dağı yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Səxavət Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.