• 26 Dekabr 2024
logo
Qırğızıstan-Tacikistan sərhədində atışmada mer yaralanıb

Qırğızıstan-Tacikistan sərhədində atışmada mer yaralanıb

Tacikistanın İsfar şəhərinin meri yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər merinin ofisi məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhərin meri Tacikistan-Qırğızıstan sərhədində baş verən atışmada çiyin nahiyəsindən yaralanıb.

Qeyd edək ki, bu gün Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində 1 Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını açıqlayıb.

Axşam saatlarında Qırğızıstanın Batkən regionunun Leilek rayonunda Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olduğu bildirilir.