• 27 Dekabr 2024
logo
İmişlidə nişan məclisinin qarşısı alınıb

İmişlidə nişan məclisinin qarşısı alınıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfndən karantin rejimi qaydalarının pozulması hallarının qarşısnın alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətininn Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.