• 27 Dekabr 2024
logo
Azərbaycanın valyuta bazarında sabitlik qalır - Elman Rüstəmov

Azərbaycanın valyuta bazarında sabitlik qalır - Elman Rüstəmov

Bu ilin əvvəlindən etibarən yalnız yanvarda xarici valyutada tələbin artması müşahidə olunub, ümumilikdə isə Azərbaycanın valyuta bazarında sabitlik qalır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, artan tələb həm nağd, həm də nağdsız valyuta üçün müşahidə olunub: "Növbəti aylarda balans bərpa olunub. Dövlət Neft Fondu 140 milyon dollara qənaət edib".

E.Rüstəmov vurğulayıb ki, hazırda valyuta bazarında kəsir müşahidə olunmur.