• 26 Dekabr 2024
logo
Günel Həsənlinin videolarını yayan şəxs müəyyən edilib - RƏSMİ

Günel Həsənlinin videolarını yayan şəxs müəyyən edilib - RƏSMİ

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir: "Videoları yayan şəxs müəyyən olunub. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir.

İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".

Qeyd edək ki, G.Həsənli özünü Mahir Allahverdiyev kimi təqdim edən şəxsin onu aldadaraq, hisslərindən istifadə edərək videoya çəkdiyini bildirib.