Balakən sakinindən tapança götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.
Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.