Beyin infarktı keçirən Əməkdar artist Pərviz Bağırov evə buraxılıb.
Bu barədə APA-ya aktyorun bacısı Fərizə Bağırova məlumat verib.
O, P. Bağırovun iki gün öncə evə buraxıldığını, hazırda səhhətinin yaxşılaşmağa doğru getdiyini deyib: “Müalicəsini iki həftə ev şəraitində davam etdirəcək. İki həftə sonra isə fizioterapeya üçün yenidən xəstəxanaya yerləşdiriləcək”.
Aktyorun bacısı ailəsi adından Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, beyin infarktı keçirən Əməkdar artistin müalicəsini Heydər Əliyev Fondu nəzarətə götürmüşdü. O, “Bona Dea International Hospital” klinikasında müalicə olunurdu.