• 12 İyul 2025
logo
Yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub

Yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub

Bu gün yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, mərhum Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

A.Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.