İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlunun meyiti bu gün axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.