Bakı metropoliteni yeni açılacaq "8 noyabr" stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, adıçəkilən səs yazısı montajdır: "Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur. Bu quraşdırma və montajdlr".