Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşmüş 3-cü kurs tələbəsi tapılıb.
Bu barədə APA-ya Şabran Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Cəmil Nəsirov məlumat verib. C. Nəsirov bildirib ki, 8 gün əvvəl itkin düşən rayon sakini Hüseynov İlkin Saleh oğlu bu gün Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Məlumata görə, İlkin sonuncu dəfə mayın 11-də saat 14.40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayonu ərazisində yerləşən Xızır Zində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını deyib.
Bundan sonra ondan xəbər olmayıb.