• 7 İyul 2025
logo
Ötən sutka  qəza və yanğınlarda 5 nəfər xilas edilib

Ötən sutka qəza və yanğınlarda 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış 1 nəfər və "Shacman" markalı iki yük avtomobilinin toqquşması nəticəsində yük maşınında sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.