ABŞ-ın daxildə və xaricdə vacib əməliyyatları həyata keçirmək üçün 60 min nəfərdən ibarət gizli ordusu var.
BiG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın "Newsweek" nəşri məlumat yayıb. İddialara görə, gizli ordunun əksər üzvləri internet üzərindən saxta profillərlə fəaliyyət göstərir. Ordunun bəzi gizli üvləri isə ABŞ-ın müxtəlif səfirliklərində fəaliyyət göstərərək, məlumatlar toplayır. Nəşrə danışan mənbənin məlumatına görə, bu dünyanın bu günə qədər məlum olan ilk gizli və təhlükəli ordusudur.
Ordunun illik xərcləri 1 milyard dollardır. İddialara görə, ordunun üzvləri dünyanın hər yerindədir. Onlar müxtəlif şirkət və qurumlara sızaraq planlarını həyata keçirirlər./Metbuat.az