• 13 İyul 2025
logo
Baş direktor: "Qazilərdə psixoloji durum əsasən stabilləşib, ağrılar azalıb"

Baş direktor: "Qazilərdə psixoloji durum əsasən stabilləşib, ağrılar azalıb"

“Əvvəl müharibə və əməliyyatdan sonrakı dövr olduğundan qazilər daha ağır vəziyyətdə idilər”.

Bunu Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov "44 günlük Vətən müharibəsi qazilərinin reabilitasiyası” mövzusunda çıxışında deyib.
O bildirib ki, əvvəl daha ağır xəstələrlə işləyiblər: “İndi onlarda psixoloji durum əsasən stabilləşib, ağrılar azalıb, lakin reabilitasiyaya ehtiyacları olduqları üçün müraciət edirlər. Hazırda qazilər əsasən ətrafların travmaları, kəllə-beyin travmaları və oynaqların hərəkət məhdudiyyətiilə bağlı müalicə alırlar. Bununla yanaşı psixoloji durumunda problem olanlar da var”.