Masallıda motosikletlə minik avtomobili toqquşub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Xırmandalı kəndində 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun idarə etdiyi motosikletlə "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə ağır kəllə-beyin travması alan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan motosiklet sürücüsünü xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.