• 13 İyul 2025
logo
Salyanda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması alıb

Salyanda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması alıb

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

DİN: Ötən gün 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Mingəçevirdə qovaq ağacı aşaraq maşının üzərinə düşüb - FOTO
Goranboyda yol qəzasında hər iki avtomobilin sürücüsü xəsarət alıb - FOTO - VİDEO

Qəza nəticəsində “Mercedes” markalı avtomobil Qarabağlı kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlunu vurub.

O, ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Salyan Polis şöbəsində araşdırma aparılır.