• 5 İyul 2025
logo
İki milyon manatlıq oğurluğa görə tutulanların daha üç evdən 177 min manat oğurladıqları məlum olub

İki milyon manatlıq oğurluğa görə tutulanların daha üç evdən 177 min manat oğurladıqları məlum olub

Oğurluğa görə saxlanılan şəxslərin daha 3 evdən külli miqdarda oğurluq etdikləri məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulan Ə.Əhmədovun və C.Süleymanovun ətraflarında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha 3 evdən ümumilikdə 100600 ABŞ dolları, 700 avro, 5000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.