• 12 İyul 2025
logo
28 May-Respublika Günü ictimai nəqliyyat işləyəcək

28 May-Respublika Günü ictimai nəqliyyat işləyəcək - RƏSMİ

28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

Qərara əsasən, ictimai nəqliyyatın hərəkəti 29 may saat 00:00-dan 31 may saat 06:00-dək dayandırılacaq.