• 12 İyul 2025
logo
Siyəzəndə yanğın başlayıb

Siyəzəndə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında kol-kos yanır. Yanğının meşə ərazisinə keçmək riski olduğu üçün alovun söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yaxınlıqda infrastruktur obyektləri yanğından mühafizə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.