• 12 İyul 2025
logo
Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Bu gündən Gürcüstanda açıq havada tibbi maska taxmaq tələbi ləğv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
O qeyd edib ki, maska istifadəsi yalnız qapalı məkanlarda və ictimai nəqliyyat vasitələrində məcburi olacaq.