• 4 İyul 2025
logo
Füzulidə daha 4 erməni hərbçinin qalıqları tapılıb

Füzulidə daha 4 erməni hərbçinin qalıqları tapılıb

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 4 erməni hərbçinin qalıqları aşkar olunub.
Bu barədə “news.am” saytı məlumat yayıb.
Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1 623 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.