Türkiyə Milli Müdafiə Nazirliyi Bakıda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlim-məşqlərə başlaması ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Türkiyə və Azərbaycan Ordularına məxsus SAT Komandalarının iştirakı ilə ikitərəfli SAT təlimləri keçirilir.
Azərbaycanda davam edən təlimlər çərçivəsində müxtəlif növ silahlardan atış və döyüş tapşırıqları icra edilir.