Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur - ÜST
Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, Azərbaycanda tütünçəkmə ilə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib: "Qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".
H.Harmancı əlavə edib ki, Azərbaycan hökuməti ilə ÜST arasında bağlanan növbəti əməkdaşlıq müqaviləsinin müddəti bu il bitir. Buna görə də bu il Azərbaycan hökuməti ilə növbəti iki il - 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq.
ÜST rəsmisi yeni müqavilədə də qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunması istiqamətlərinin əməkdaşlıqda əsas prioritet olacağını söyləyib.
30 Oktyabr 2019 11:47
1 036
Digər xəbərlər
19 Dekabr 2024 12:17
1 288
19 Dekabr 2024 12:08
1 204
19 Dekabr 2024 11:23
1 050
18 Dekabr 2024 18:02
1 092
18 Dekabr 2024 16:36
1 022
17 Dekabr 2024 13:12
1 631
17 Dekabr 2024 11:53
1 645