Ağstafa rayonunda silahlı insidenti törədən şəxsin kimliyi məlum olub.
Trend-in məlumatına görə, hadisəni törədən şəxs güllələnən Qabil Məmmədovun qardaşı oğlu Sərxan Məmmədovdur.
Xatırlaqdaq ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.