Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.
İranda yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.