• 6 İyul 2025
logo
Xocavənddə qəzada yaralananların vəziyyəti açıqlanıb

Xocavənddə qəzada yaralananların vəziyyəti açıqlanıb

Xocavənd rayonu ərazisində baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb.
Bakı Sağlamlıq Mərkəzindən (BSM) verilən xəbərə görə, qəza nəticəsində müştərək travmalarla 13 nəfər yerləşirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, qəza Xocavənd rayonu ərazisində baş verib. Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.