• 27 Dekabr 2024
logo
Azərbaycan Ordusunda MAXE qəbulu davam edir

Azərbaycan Ordusunda MAXE qəbulu davam edir - VİDEO

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesi davam edir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin hərbi hissələrinin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.