• 13 İyul 2025
logo
Bakının mərkəzində qəza olub, su kəsilib

Bakının mərkəzində qəza olub, su kəsilib

Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.