• 22 Dekabr 2024
logo
Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı vətənə gətirilib

Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı vətənə gətirilib

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.
Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.