İyunun 28-də saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilib və orada ölüb.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.