• 5 Fevral 2025
logo
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1987-ci il təvəllüdlü Mövlayev Rəşad və onun həmyaşıdı İsgəndərov Tural xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.